"Qarabağ" "Kəpəz"lə matçı 10 nəfərlə başa vurub

"Qarabağ" "Kəpəz"lə matçı 10 nəfərlə başa vurub
XƏBƏR 27 Yanvar 2024 / 17:01 4794
-  A +

 “Qarabağ” Misli Premyer Liqasının 20-ci turunda “Kəpəz”lə matçı  (2:1) 10 futbolçu ilə başa vurub.

QOL.az xəbər verir ki, matçın 84-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Yasin Benzia zədələnərək meydanı tərk edib. O, rəqib qapıçı İqor Rodrigeşlə toqquşub və başından xəsarət alıb. "Qarabağ" 5 əvəzetmənin hamısından istifadə etdiyi üçün matçı 10 nəfərlə başa vurmağa məcbur olub.

Benzia 76-ci dəqiqəsində Riçard Almeydanın əvəzinə meydana daxil olmuşdu. 

Qeyd edək ki, "Qarabağ"ın digər futbolçusu Redon Cica da zədə səbəbindən 63-cü dəqiqədə əvəzlənib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner