Haaland bugünkü matçda oynayacaq?

Haaland bugünkü matçda oynayacaq?
XƏBƏR 26 Yanvar 2024 / 15:57 2149
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli futbolçusu Erlinq Haalandın durumu haqda danışıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis hücumçunun sağalmağa yaxın olduğunu, lakin İngiltərə Liqa Kuboku çərçivəsində "Tottenhem"ə qarşı bugünkü matçı buraxacağını bildirib: 

“Haaland geri qayıtmaq ərəfəsindədir. Amma "Tottenhem"lə matça hazır olmayacaq. Haaland son 2 gündə bir neçə məşq keçirdi. Bu, hələ də mükəmməl deyil, ona görə də bir az da gözləyəcəyik”.

Qeyd edək ki, bu gün keçiriləcək "Tottenhem" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner