AFFA-dan cəza və cərimələr

AFFA-dan cəza və cərimələr
XƏBƏR 25 Yanvar 2024 / 15:56 1150
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 19-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Misli Premyer Liqasının 19-cu turunun “Sabah” – “Neftçi” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi”700 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Sabah” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi komanda 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Səbail” – “Zirə” oyununda meydan sahibi komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz”  1500 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində qonaq komandanın futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”  700 manat cərimə edilib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner