"Neftçi"nin yeni transferi Brayan Moreno klubun televiziyasına açıqlama verib.
QOL.az xəbər verir ki, o, ilk təəssüratlarını bölüşüb:
"İlk təəssüratım odur ki, əvvəl tanımadığım futbolçular məni çox yaxşı qarşıladılar. Xüsusən də, Latın Amerikasından olan futbolçular mənə komanda haqda yaxşı sözlər dedilər. Baş məşqçi ilə də aramızda görüş oldu. Ümid edirəm ki, çox tez bir zamanda komandaya uyğunlaşa biləcəyəm".
Moreno "Neftçi" və paytaxt Bakı haqqında da fikirlərini bölüşüb: "Neftçi"dən təklif aldıqdan sonra həm klub, həm də Bakı şəhəri haqda məlumat toplamağa başladım. Şəkillərdən gördüyüm kimi, Bakı çox gözəl və böyük şəhərdir. Hələ ki, şəhəri gəzməyə və tanımağa vaxtım olmayıb. İlk fürsətdə şəhərlə tanış olacağam".
O, qarşısına qoyduğu məqsədlərdən də danışarkən iddialı açıqlama verib: "Neftçi"də əsas məqsədlərimdən biri komanda ilə titullar qazanmaq və çempionatın bombardiri olmaqdır. Azarkeşlərə demək istəyirəm ki, hər zaman stadiona gələrək bizi dəstəkləsinlər. Onlar 12-ci oyunçudur. Bizə hər zaman dəstək verməyə davam etsinlər".
Qeyd edək ki, "Neftçi" yanvarın 21-də kolumbiyalı hücumçu ilə 1,5 illik müqavilə imzaladığını açıqlayıb.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar