Renat Dadaşov 79 dəqiqə oynadı

Renat Dadaşov 79 dəqiqə oynadı
XƏBƏR 23 Yanvar 2024 / 20:12 2632
-  A +

Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün öz meydanında "Alanyaspor"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Renat da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 79-cu dəqiqədə əvəzlənib. O, 67-ci dəqiqədə sarı vərəqə də alıb.

"Hatayspor" - "Alanyaspor" - 1:1

Qollar: Rivas, 5 (1:0), Oğun, 89 (1:1)

22 turdan sonra 22 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner