"Liverpul"un futbolçusu zədəsini sağaltdı

"Liverpul"un futbolçusu zədəsini sağaltdı
XƏBƏR 23 Yanvar 2024 / 16:58 1164
-  A +

"Liverpul"un futbolçusu Endryu Robertson zədəsini sağaldıb.

QOL.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçi köməkçisi Pep Leynders danışıb. O, 29 yaşlı müdafiəçinin artıq komanda ilə məşqlərə başladığını qeyd edib: 

“Endryu dünən komanda ilə məşq etdi. 13 həftə kənarda qalmışdı. Əlbəttə ki, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün cərrahla görüş keçirilib”.

Robertson yanvarın 24-də, ölkə kubokunun yarımfinal mərhələsinin "Fulhem"ə qarşı cavab matçında oynamağa hazır olacaq 

Xatırladaq ki, şotlandiyalı futbolçu oktyabr ayından milli komandanın heyətində zədələnmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner