Avropa Superliqasının baş katibi Anas Laqrari turnirin başlayacağı tarixi açıqlayıb.
QOL.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, yarışın gələn ilin sentyabr ayında start götürməsinin planlaşdırıldığını deyib:
“Turnirə sabah başlaya bilərdik, lakin məqsəd 2025-ci ilin sentyabrında başlamaqdır. Və bunu Avropanın ən yaxşı komandaları, o cümlədən İngiltərə klubları ilə etmək istəyirik.Biz futbolu təkmilləşdirmək üçün birlikdə işləyə bilərik”.
Laqrari onu da vurğulayıb ki, azarkeşlər Superliqa oyunlarını izləmək üçün bir qəpik də ödəməli olmayacaqlar, lakin onları reklamsız izləmək üçün aylıq 10 avro dəyərində abunə götürmək imkanı əldə edəcəklər.
Ötən ilin dekabr ayının 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. Bunun ardından Avropa Superliqasının yeni formatı təqdim olunub. Buna əsasən, yarışda 3 liqaya bölünən 64 klub orada iştirak edəcək. Hər liqada yarış 2 mərhələdə keçiriləcək - liqa mərhələsi və pley-off mərhələsi. Hazırda Superliqanın iştirakçıları siyahısında yalnız “Barselona” və “Real” yer alıb.
Avropanın bir çox aparıcı komandaları turnirdə iştirakdan imtina ediblər. Bunlara “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Atletiko”, “İnter”, “Bavariya” və PSJ daxildir.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı