Ter Ştegen nə vaxt qayıdır?

Ter Ştegen nə vaxt qayıdır?
XƏBƏR 23 Yanvar 2024 / 14:14 1644
-  A +

"Barselona"nın zədəli qapıçısı Mark-Andre ter Ştegenin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

QOL.az sport.es-ə istinadən xəbər verir ki, bu barədə 31 yaşlı qolkiper özü danışıb. O deyib: 

"İki həftəyə hazır olacağam. Özümü yaxşı hiss edirəm" .

Xatırladaq ki, almaniyalı qapıçı dekabrın əvvəlində belindən əməliyyat olunub. Cari mövsümdə o, "Barselona"nın heyətində 17 oyununa çıxıb və 15 qol buraxıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner