Laporta "Real"dan şikayət etdi

Laporta "Real"dan şikayət etdi
XƏBƏR 23 Yanvar 2024 / 13:00 2586
-  A +

"Barselona"nın prezidenti Joan Laporta "Real"ın hakimlərə qarşı davranışından narazıdır.

QOL.az xəbər verir ki, o, bu narazılığını bildirmək üçün RFEF-in səlahiyyətlərini icra edən Pedro Roşa ilə əlaqə saxlayıb. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Laporta israrla bildirib ki, Madrid klubu televiziyası ispan hakimlərin oyundan sonrakı hərəkətlərini təhlil edərək onlara ciddi təzyiq göstərir.

Həmçinin Kataloniya klubunun prezidenti hakimlər korpusunu da "Real"ın təzyiqlərinə cavab vermədiyi üçün passivlikdə ittiham edib. Laporta xüsusilə də İspaniya La Liqasının 21-ci turunda "Real" - "Almeriya" (3:2) matçında hakimlərin ev sahiblərinin xeyrinə qərarlar verdiyini düşünür.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner