"Liverpul"dan Salah açıqlaması

"Liverpul"dan Salah açıqlaması
XƏBƏR 23 Yanvar 2024 / 10:40 2189
-  A +

"Liverpul"un hücumçusu Məhəmməd Salah klubun bazasına qayıdacaq.

QOL.az xəbər verir ki, bu bardə klubun saytı məlumat yayıb. Misir millisinin heyətində bud nahiyəsindən zədələnən forvardın klubda reabilitasiya prosesi keçəcəyi: 

“Məhəmməd Salah çərşənbə günü "Liverpul"a qayıdacaq və klubun tibb şöbəsi ilə intensiv reabilitasiya proqramına başlayacaq. Hücumçunun Misir millisinin matçında aldığı zədə ilkin olaraq gözlənildiyindən də ciddidir. "Liverpul" Futbol Klubu Salahın İngiltərədə sağalması ilə bağlı Misir Futbol Assosiasiyası ilə razılığa gəlib. Kluba qayıtdıqdan sonra, Məhəmməd ən qısa zamanda meydana çıxmaq, "Liverpul"a və ölkəsinə görə oynamaq üçün dərhal reabilitasiya proqramına başlayacaq”.

Xatırladaq ki, Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunun Qana ilə oyununda (2:2) zədələnmişdi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner