Ozan Canın komandası uduzdu

Ozan Canın komandası uduzdu
XƏBƏR 23 Yanvar 2024 / 10:16 726
-  A +

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland 1-ci divizionunda 23-ci tur oyununa çıxıb.

QOL.az  xəbər verir ki, komanda "Roda Kerkrade"nin qonağı olub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Roda Kerkrade" - “Eyndhoven” - 3:0
Qollar
: Didden, 16, Zauner, 26, Ould Çikh, 45

Ozan Can start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 61-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

"Eyndhoven" 30 xalla turnir cədvəlində 12-ci pillədə, "Roda Kerkrade" isə 43 xalla 2-ci pillədə qərarlaşıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner