"Atalanta"nın direktoru "Qarabağ" ilə qarşılaşma ehtimalından danışdı

"Atalanta"nın direktoru "Qarabağ" ilə qarşılaşma ehtimalından danışdı
XƏBƏR 23 Yanvar 2024 / 09:50 5950
-  A +

"Atalanta"nın (İtaliya) icraçı direktoru Luka Perkassi komandasının Avropa Liqasının 1/8 final mərhələsindəki potensial rəqiblərindən danışıb.

QOL.az xəbər verir ki, bu potensial rəqiblər arasında “Qarabağ” da var. L.Perkassi isə “Corriere Bergamo”ya açıqlamasında Ağdam təmsilçisi ilə qarşılaşma ehtimalına da toxunub:

"Bacarsaydım, artıq qarşılaşdığımız komandalardan qaçardım. Yeni rəqiblə qarşılaşmağımızı istərdim. Məsələn, "Sparta". Uzaq Azərbaycanda "Qarabağ"la qarşılaşmaq necə olardı? Hər yeni rəqib bizim üçün yaxşıdır".

Qeyd edək ki, "Atalanta" Avropa Liqasında 1/8 final mərhələsində pley-offun qaliblərindən biri ilə qarşılaşacaq. “Qarabağ” isə pley-off-da "Braqa" ilə üz-üzə gələcək. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner