"Qarabağ"ın rəqibində yeni müqavilə

"Qarabağ"ın rəqibində yeni müqavilə
XƏBƏR 22 Yanvar 2024 / 14:33 1017
-  A +

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Fransisko Çissumba ilə müqaviləsini uzadıb.

 QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı sol cinah müdafiəçisi ilə yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Çissumba Portuqaliyanın U-19 millisində də oynayır.

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner