Müqavilə ilə "Çelsi"yə məxsus olan Çezar Kasadey London təmsilçisinə qayıdıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ötən ilin yayından icarə əsasında "Lester"də oynayırdı. "Lester" Kasadeyi heyətində saxlamaq istəməyib. Buna görə də o, "Çelsi"yə qayıdıb.
Hazırda Kasadeyin mövsümün sonuna qədər "Çelsi"də qalacağı, yoxsa başqa kluba icarəyə göndəriləcəyi məlum deyil.
Daha əvvəl bildirilirdi ki, yarımmüdafiəçi "Çelsi"də çoxlu sayda zədəli futbolçunun olması səbəbindən əsas komandaya cəlb oluna bilər.
Qeyd edək ki, Kasadey 2022-ci ilin avqustunda 14,86 milyon avroya "İnter"dən "Çelsi"yə keçib. Bu mövsüm futbolçu "Lester"in heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib. Onun London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına kimi qüvvədədir.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar