Haaland "Globe Soccer" mükafatını qazandı

Haaland "Globe Soccer" mükafatını qazandı
XƏBƏR 20 Yanvar 2024 / 00:58 2232
-  A +

Norveç millisinin və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Globe Soccer" mükafatına layiq görülüb.

QOL.az xəbər verir ki, 23 yaşlı forvard hər kəsi qabaqlayaraq 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Haalanddan başqa, bu mükafata Cud  Bellinqem ("Real" Madrid), Kərim Benzema ("Əl-İttihad"), Kevin De Brüyne ("Mançester Siti"), Kilian Mbappe (PSJ), Lionel Messi ("İnter Mayami"), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Junior (“Real" Madrid) da namizəd idi.

Mükafatın 2022-ci ildəki qalibi isə Kərim Benzema olmuşdu.

Xatırladaq ki, Haaland ötən mövsüm “Mançester Siti” ilə 3 kubok qazanıb – Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Kuboku. Erlinq "şəhərlilər"in heyətində 53 matçda iştirak edib və 52 qol vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner