Qvardiola yenə ilin məşqçisi seçildi

Qvardiola yenə ilin məşqçisi seçildi
XƏBƏR 20 Yanvar 2024 / 00:20 1744
-  A +

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Globe Soccer" mükafatına layiq görülüb.

QOL.az xəbər verir ki, mütəxəssis 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.

Qvardioladan başqa, bu il mükafata namizədlər arasında Karlo Ançelotti ("Real" Madrid), Mikel Arteta ("Arsenal"), Simone İnzaqi ("İnter"), Marsel Koller ("Əl-Əhli" Qahirə), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi), Xavi ("Barselona") var idi.

Xatırladaq ki, bu mərasimi Avropa Klublar və Futbol Agentləri Assosiasiyası təşkil edir. 2022-ci ildə bu mükafatı Karlo Ançelotti qazanıb.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəbərlik edir. O, karyerası ərzində "Barselona" və "Bavariya"da da işləyib. Mütəxəssis FİFA tərəfindən də 2023-cü ilin ən yaxşı məşqçisi seçilib və "The Best" mükafatına layiq görülüb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner