“Qarabağ”ın rəqibi daha bir futbolçusu ilə yolları ayırdı

“Qarabağ”ın rəqibi daha bir futbolçusu ilə yolları ayırdı
XƏBƏR 19 Yanvar 2024 / 23:00 2191
-  A +

“Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa" daha bir futbolçusu ilə yolları ayırıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, Migel Fale Portuqaliya təmsilçisini tərk edib. O, ölkənin 2-ci Liqa təmsilçisi "Mafra"ya keçib.

Xatırladaq ki, daha əvvəl “Braqa” Andre Kastro ilə yolları ayırıb.

Qeyd edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner