"Bavariya" Keynin dostunu da transfer edir

"Bavariya" Keynin dostunu da transfer edir
XƏBƏR 19 Yanvar 2024 / 16:48 3436
-  A +

"Bavariya" bu qış "Nyukasl Yunayted"in kapitanı, İngiltərə millisinin üzvü Kiran Trippyeri transfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 

33 yaşlı müdafiəçi Münhen təmsilçisinin hücumçusu Harri Keynlə yaxın dostluq münasibətləri saxlayır.

Buna görə də Kiran bu transferə müsbət yanaşır. Onun "Bavariya"ya icarə əsasında keçəcəyi gözlənilir. 

Bu mövsüm Trippyer "Nyukasl Yunayted"in 28 matçında meydana çıxıb və 8 qolun ötürməsini verib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner