"Tottenhem"dən digər Premyer Liqa klubuna

"Tottenhem"dən digər Premyer Liqa klubuna
XƏBƏR 18 Yanvar 2024 / 11:03 1723
-  A +

"Tottenhem"in sol cinah müdafiəçisi Serxio Reqilonun "Brentford"a keçidi rəsmiləşib.

QOL.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu cari mövsümün sonunadək icarə əsasında "Brentford"da oynayacaq. 

O, 2023/24 mövsümünün ilk hissəsini icarə əsasında "Mançester Yunayted"də keçirib. Serxio "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb.

Reqilonun "Tottenhem"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner