"Qarabağ"ın rəqibində yeni müqavilə

"Qarabağ"ın rəqibində yeni müqavilə
XƏBƏR 16 Yanvar 2024 / 16:49 1328
-  A +

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Joau Vaskonselosla müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə imzalanan yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Joau "Braqa"nın yetirməsidir.  O, Portuqaliyanın U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında çıxış edib.

Əlavə edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner