"Araz-Naxçıvan"dan 4-cü transfer

"Araz-Naxçıvan"dan 4-cü transfer
XƏBƏR 16 Yanvar 2024 / 11:38 1658
-  A +

Qış transfer pəncərəsindən maksimum istifadə edən “Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirməyə davam edir. 

QOL.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb. “Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klubunda çıxış edib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.

Daha çox


Son xəbərlər