Şahruddinin komandası uduzdu

Şahruddinin komandası uduzdu
XƏBƏR 13 Yanvar 2024 / 21:59 3390
-  A +

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bu gün Türkiyə Superliqasında 20-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə "Rizespor"la qarşılaşıb. Matçda meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.

"Rizespor" - "Adana Demirspor" - 1:0
Qollar:
Moksi, 54

Qeyd edək ki, "Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində 29 xalla 6-cı, "Rizespor" isə 32 xalla 5-ci pillədə qərarlaşıb. Siyahıya 50 xalla "Fənərbaxça" başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner