Xavi: "Barselona" gücləndikcə "Real" da güclənir"

Xavi: "Barselona" gücləndikcə "Real" da güclənir"
XƏBƏR 13 Yanvar 2024 / 14:59 2580
-  A +

"Barselona"nın baş məşqçisi Xavi yanvarın İspaniya Superkubokunun finalında "Real"a qarşı keçirləcəkləri matç haqqında fikirlərini bölüşüb.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis deyib:

"Hiss edirəm ki, "Barselona" gücləndikcə "Real" da güclənir. Mən baş məşqçi təyin ediləndən bəri hər hansı titul uğrunda mübarizə aparırıqsa, "Real"la üz-üzə gəlməli oluruq. Yekunda isə mümükün mükafatları onlarla bölürük. Ötən il iki titul qazanmışdıq. Bu mövsüm də hədəfimiz titullardır".

Xatırladaq ki, İspaniya Superkubokunun finalı sabah Səudiyyə Ərəbistanında keçiriləcək. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner