Erik Dayer rəsmən "Bavariya"da

Erik Dayer rəsmən "Bavariya"da
XƏBƏR 12 Yanvar 2024 / 00:20 2309
-  A +

"Bavariya" "Tottenhem"dən müdafiəçi Erik Dayerin keçidini tamamlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Futbolçu ilə 2024-cü il iyun ayına qədər müqavilə imzalanıb. 

İngiltərə millisinin üzvü Münhen klubunda 15 nömrəli formanı geyinəcək.

29 yaşlı futbolçu 2015-ci ildən İngiltərə millisinin də üzvüdür.Erik həmçinin 2018 və 2022-ci il dünya çempionatlarında, eləcə də Avro-2016-da iştirak edib. "Transfermarkt" portalına görə, onun bazar dəyəri 12 milyon avrodur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner