"Borussiya" Ceydon Sançonun transferini açıqladı

"Borussiya" Ceydon Sançonun transferini açıqladı
XƏBƏR 11 Yanvar 2024 / 17:23 2143
-  A +

"Borussiya" (Dortmund) "Mançester Yunayted"dən Ceydon Sançonun keçidini rəsmiləşdirib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 23 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Daha əvvəl mətbuatda ingiltərəli futbolçunun Almaniya klubuna icarə əsasında keçəcəyi, tərəflərin cari mövsümün sonunadək müqavilə imzalayacağı barədə yazılmışdı. 

Qeyd edək ki, Sanço 2017-2021-ci illərdə də "Borussiya"da oynayıb. 


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner