Çin klubu Leandro Andradeni transfer etmək istəyir

Çin klubu Leandro Andradeni transfer etmək istəyir
XƏBƏR 11 Yanvar 2024 / 09:51 3418
-  A +

"Qarabağ"ın futbolçusu Leandro Andrade Çində oynaya bilər.

QOL.az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, "Şanxay Şenxua" 24 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Çinin yüksək liqa təmsilçisinin bu transferlə bağlı Ağdam klubu ilə danışıqlar apardığı bildirilir. Ancaq danışıqların istənilən kimi getmədiyi vurğulanıb. Çünki "Qarabağ" oyunçunun komandadan ayrılmasını çətinləşdirir.

Qeyd edək ki, P.Andrade 2022-ci ildən Ağdam təmsilçisində oynayır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner