İspaniya yığmasının və "Barselona"nın futbolçusu Qavi Avro-2024-ü buraxacaq.
QOL.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hazırda zədəli olan futbolçunun sağalma prosesi gözlənildiyindən qat-qat yaxşı gedir. Proses "Barselona"nın tibbi xidməti və fizioterapevtləri, həmçinin İspaniya Futbol Federasiyası (RFEF) tərəfindən yaxından izlənilir.
Futbolçu təqribən gələn ay daha böyük intensivliklə məşqlərə başlamağı planlaşdırır. "Barselona"nın hesablamalarına görə, bu ritmdə Qavinin komandaya iyun ayında qayıtması gözlənilir. Lakin o, Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatına qatılmayacaq. İspaniya Futbol Federasiyası oyunçu ilə bağlı risk etmək istəmir.
Xatırladaq ki, yarımmüdafiəçi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milliləri arasında keçirilən matçda (3:1) zədələnmişdi. Bu mövsüm Qavi "Barselona"nın heyətində 15 oyunda iştirak edib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar