"Dinamo" yeni hücumçu aldı

"Dinamo" yeni hücumçu aldı
XƏBƏR 10 Yanvar 2024 / 10:10 2386
-  A +

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" yeni oyunçu alıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kosovolu hücumçu Arber Hoca heyətə cəlb olunub. 25 yaşlı futbolçu Xorvatiyanın "Slaven" klubundan transfer edilib.

Qeyd edək ki, "Dinamo"nun baş məşqçisi Sergey Yarkiroviç bir müddət əvvəl verdiyi açıqlamasında komandasının hücum xəttindən narazılığını bildirmişdi. Mahir Emrelinin isə Zaqreb klubunda az şans qazandığı üçün komandadan ayırlacağı haqda xəbərlər yayılıb.


Son xəbərlər