"Tottenhem" müdafiəçi ilə razılaşdı

"Tottenhem" müdafiəçi ilə razılaşdı
XƏBƏR 9 Yanvar 2024 / 17:15 1673
-  A +

“Tottenhem” heyətini yeni fubolçu ilə gücləndirməyə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Klub “Cenoa”nın müdafiəçisi Radu Draquşini transfer edəcək. London təmsilçisi artıq İtaliya klubu ilə razılığa gəlib.

"Tottenhem" keçidə görə "Genoa"ya 25 milyon avro ödəyəcək. Rumıniyalı futbolçu "Tottenhem"lə 2029-cu ilə qədər müqavilə imzalayacaq. 

Qeyd edək ki, Draquşin bu mövsüm "Cenoa"nın heyətində 22 oyun keçirib, 2 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. "Transfermarkt" internet portalına görə, onun təxmini dəyəri 10 milyon avrodur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner