Mahir Emreli ciddi zədə aldı

Mahir Emreli ciddi zədə aldı
XƏBƏR 7 Yanvar 2024 / 09:44 3384
-  A +

Azərbaycan millisinin “Dinamo”da (Zaqreb, Xorvatiya) oynayan üzvü Mahir Emreli zədələnib.

QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu Zaqreb təmsilçisinin heyətində “Roqaşka”ya (Sloveniya) qarşı yoxlama oyununda (1:0) sıradan çıxıb. O, matçın 60-cı dəqiqəsində əvəzlənib.

Komandanın baş məşqçi Sergey Yakiroviç oyundan sonra açıqlamasında forvardın dirsək və bud nahiyəsində ağrılarının olduğunu və onun zədəsinin ciddi olduğunu bildirib. Emreli buna görə də uzun müddət komandadan kənarda qalacaq.

Mahirin son durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner