Renatın komandasından məğlubiyyət

Renatın komandasından məğlubiyyət
XƏBƏR 6 Yanvar 2024 / 17:30 2282
-  A +

Türkiyə Superliqasında 19-cu tur davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor" "Rizespor"un qonağı olub. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu görüşdə iştirak edib. O, meydana 72-ci dəqiqədə çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, 19 turdan sonra 19 xal toplayan "Hatayspor" turnir cədvəlində 14-cüdür.

"Rizespor" - "Hatayspor" - 2:0

Qollar: Verasanoviç, 19, Olavoyin, 82

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner