Mbappe: "Messi Fransada layiq olduğu hörməti görmədi"

Mbappe: "Messi Fransada layiq olduğu hörməti görmədi"
XƏBƏR 6 Yanvar 2024 / 16:59 2331
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe keçmiş komanda yoldaşı Lionel Messidən növbəti dəfə danışıb.

QOL.az "Goal"a istinadən xəbər verir ki, 36 yaşlı forvardı tərifləyən Mbappe Messinin Fransada layiq olduğu hörməti görmədiyini deyib:

"Messi bütün təriflərə layiqdir. Amma əslində o, Fransada layiq olduğu hörməti görmədi".

Qeyd edək ki, Mbappe və Messi 2021-2023-cü illərdə PSJ-də birgə çıxış ediblər. Keçən yay argentinalı forvard PSJ müqaviləsi başa çatdıqdan sonra "İnter Mayami"yə keçib.


Qarabağ FK
Son xəbərlər
topaz banner