"Napoli"dən yeni transfer

"Napoli"dən yeni transfer
XƏBƏR 5 Yanvar 2024 / 17:55 3287
-  A +

"Napoli" heyətinə yeni futbolçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. A seriyası təmsilçisi "Salernitana"nın müdafiəçisi Pasqal Mazzoxxini transfer edib. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Bu mövsüm 28 yaşlı futbolçu İtaliya çempionatında 18 oyun keçirib. "Transfermarkt" onlayn portalı Mazzoxxinin bazar dəyərini 4 milyon avro olaraq qiymətləndirir.

Mazoxxi "Verona" klubunun yetirməsidir. Futbolçu 2022-ci ildən "Salernitana"da çıxış edirdi. 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner