Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin klubu “Adana Dəmirspor”la bağlı yeni iddialar yayılıb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubda növbəti dəfə maddi problemlərin yarandığı iddia edilib. Bu dəfə komandanın futbolçularından M’Bay Nyang 4 aydır maaş almadığını, bu durumun onun oyununa təsir etdiyini bildirib.

Fransanın Liqa-1 təmsilçisi “Nitsa”nın gündəmində olan seneqallı ulduz oyunçu “L’Equipe” nəşrinə müsahibəsində deyib: “Bir az gecikmə normal qarşılana bilər. Amma artıq 4 aydır maaş almıram. Komandadan getmək istəyirəm. Rəhbərliyə də bu haqda bildirmişəm və öz tərəfimdən işlərə başlamışam. Fransaya dönmək istəyirəm. Mənim üçün öncə ora gəlir”.
“Adana Dəmirspor”un prezidenti Murat Sancak isə X hesabından Nyanqa cavab verib: “Yalan danışırsan, bir avro belə alacağın yoxdur. Olsaydı müqaviləni ləğv edib gedə bilərdin. Başqa kluba keçmək istədiyini söyləyəndə, “təzminatı gətir, sonra get” dedik”.
Qeyd edək ki, daha əvvəl yayılan xəbərə görə, klubdakı maaş problemi səbəbindən bəzi futbolçularla müqavilələr ləğv edilib. Artıq Yunes Belhanda və Kevin Rodriqeslə yolların ayrıldığı elan edilib.
Bundan başqa, icarə qaydasında “Adana Dəmirspor”da çıxış etmiş və bu yaxınlarda klubdan ayrılan Henri Onyekuru klub prezidentini ittiham edib və onu futbolçuların maaşını verməməkdə günahlanlandırıb. Murat Sancak isə Onyekurunun “Qalatasaray”la oyundan sonrakı hərəkəti səbəbindən klubdan göndərildiyini, ona borclu olmadıqlarını deyib.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin sentyabrında “Qarabağ”dan “Adana Dəmirspor”a keçib. O, bu klubla 2 illik müqavilə imzalayıb.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu
Qol vurandan sonra huşunu itirdi