"Borussiya" "Mançester Yunayted"ə nə qədər ödəyəcək?

"Borussiya" "Mançester Yunayted"ə nə qədər ödəyəcək?
XƏBƏR 3 Yanvar 2024 / 13:34 4050
-  A +

"Mançester Yunayted"in hücumçusu Ceydon Sanço yaxın günlərdə icarə əsasında Dortmund "Borussiya"sına keçəcək. 

QOL.az xəbər verir ki, Bundesliqa klubu "qırmızı şeytanlar"a 6 aylıq icarə üçün 3 milyon avro ödəyəcək. Bu barədə "Bild" məlumat yayıb. 

Daha əvvəl artıq klublar arasında razılıq əldə olunduğu bildirilirdi.

Qeyd edək ki, 23 yaşlı forvard 2021-ci ilə "Mançester Yunayted"də oynayır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner