Sərgən Yalçının yeni klubu müəyyənləşdi

Sərgən Yalçının yeni klubu müəyyənləşdi
XƏBƏR 31 Dekabr 2023 / 19:08 6511
-  A +

Sərgən Yalçının yeni klubu müəyyənləşib.

QOl.az “NTV Spor”un saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyə Superliqa təmsilçisi “Antalyaspor”un baş məşqçisi təyin edilib. Klubun vitse-prezidenti Alkan Evren açıqlamasında Sərgən Yalçınla bu mövsümün sonuna qədər anlaşdıqlarını deyib.

O, yeni komandasında ilk məşqə yanvarın 2-də çıxacaq. 

Qeyd edək ki, Sərgən Yalçın son olaraq 2020-21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner