Nuri Şahin rəsmən "Borussiya"da

Nuri Şahin rəsmən "Borussiya"da
XƏBƏR 29 Dekabr 2023 / 17:24 7479
-  A +

“Antalyaspor”un baş məşqçisi Nuri Şahin klubdan ayrılıb.

QOL.az xəbər verir ki, o, karyerasını “Borussiya”da (Dortmund) davam etdirəcək. Bu barədə Bundesliqa təmsilçisinin saytı məlumat yayıb. 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.

Armin Reuterşahn isə öz istəyi ilə klubdan ayrılıb.

Qeyd edək ki, Nuri Şahin futbolçu karyerası ərzində 2005-2011 və 2014-2018-ci illərdə “Borussiya”da oynayıb. O, 2021-ci ildən "Antalyaspor"un baş məşqçisi idi.


Son xəbərlər