Dirk Küytün yeni klubu bilindi

Dirk Küytün yeni klubu bilindi
XƏBƏR 29 Dekabr 2023 / 15:58 2959
-  A +

Niderland millisinin sabiq hücumçusu Dirk Küytün yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, o, Belçikanın 2-ci liqasında mübarizə aparan "Berşot" komandasına baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub.

Küytün son iş yeri isə Niderlandın  2-ci liqa təmsilçisi "Den Haaq" olub. O, ötən ilin noyabr ayında komandadan ayrılıb.

Qeyd edək ki, hazırda "Berşot" Belçika 2-ci liqasının turnir cədvəlində 32 xalla 2-cidir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner