Şahruddinin komandasında ayrılıq

Şahruddinin komandasında ayrılıq
XƏBƏR 29 Dekabr 2023 / 15:35 3623
-  A +

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor"dan daha bir futbolçu ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi Yunus Belhanda Superliqa təmsilçisi ilə vidalaşıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Daha əvvəl "Adana Demirspor"un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Müdafiəçi Endryu Qravillo da məhz maaşını ala bilmədiyi üçün "Adana Demirspor"dan ayrılıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner