"Fənərbaxça"nın futbolçusu Edin Ceko "Qalatasaray"ın oyunçusu Mauro İkardi haqqında danışıb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu 30 yaşlı forvardla arasında heç bir problem olmadığını deyib:
"İkardini İtaliyadan tanıyıram. Aramızda bir problem varmış kimi göstərməyə çalışırlar. Ancaq bu, belə deyil. Meydanda olan meydanda qalır. Dostluğumuz meydandan kənarda qaldığı yerdən davam edir".
Qeyd edək ki, ötən həftə Superliqanın 17-ci turunda "Fənərbaxça" - "Qalatasaray" oyununda qonaqların futbolçusu Mauro İkardi zədə almışdı. Futbolçunun gözünün altında qançır yaranmışdı. "Qalatasaray" isə öz sosial şəbəkə hesablarında İkardinin fotosunu yayımlayaraq hakimlərə etiraz etmiş, futbolçusuna qarşı kobudluğun olduğunu iddia etmişdi. Ceko isə bu məsələyə etiraz edərək İkardinin qapı dirəyinə çırpılaraq zədələndiyini, "Qalatasaray"ın sadəcə penalti almaq üçün bu yola əl atdığını bildimişdi.
Əlavə edək ki, sabah Türkiyə Superkubokunda "Qalatasaray" "Fənərbaxça"nı qəbul edəcək. Sözügedən matç Səudiyyə Ərəbistanında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"