“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yolları ayırdı

“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə yolları ayırdı
XƏBƏR 26 Dekabr 2023 / 12:14 1852
-  A +

“Araz-Naxçıvan” futzal klubu braziliyalı hücumçusu Erik Dannilo ilə yollarını ayırıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu onunla yeni müqavilə bağlamamaq qərarına gəlib. Bu səbəbdən Erik Dannilo azad agent kimi komandanı tərk edib.

Qeyd edək ki, yayda komandaya qoşulan oyunçu  “Araz-Naxçıvan”ın heyətində Yüksək Liqada 8, UEFA Çempionlar Liqasının ilkin mərhələsində 2 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner