Alaba yenə ilin futbolçusu seçildi

Alaba yenə ilin futbolçusu seçildi
XƏBƏR 23 Dekabr 2023 / 16:28 1265
-  A +

Avstriyada 2023-cü ilin ən yaxşı futbolçusu açıqlanıb.

QOL.az xəbər verir ki, bu, "Real"ın müdafiəçisi David Alaba olub. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Avstriya millisinin kapitanı karyerasında 10-cu dəfə, ardıcıl isə 4-cü dəfə ilin oyunçusu seçilib. Mükafat 2011, 2012, 2013, 2014, 2015, 2016, 2020, 2021 və 2022-ci illərdə də Davidə verilib.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2021-ci ildən "Real"da oynayır. O, 2009-cu ildən Avstriya millisinin üzvüdür.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner