Makron: "Mən Mbappenin meneceri deyiləm"

Makron: "Mən Mbappenin meneceri deyiləm"
XƏBƏR 23 Dekabr 2023 / 14:05 1779
-  A +

Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappenin cari mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, o deyib:

“Kilian Mbappe əla futbolçudur. Onun gələcəyi? Mən onun meneceri deyiləm. O, heyrətamiz idmançıdır. Kilian milli komandanın kapitanı rolunu öz üzərinə götürdü. 2024-cü ildə Avropa çempionatında iştirak edəcəyik. Ümid edirəm ki, qalib gələcəyik".

Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin “Reala”a keçəcəyi haqda məlumatlar yayılmışdı. Futbolçunun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner