Türkiyədə daha bir hakimə qarşı zorakılıq edilib.
QOL.az xəbər verir ki, hadisə Türkiyənin Birinci Həvəskar Liqasında "Kumçatıspor" - "Cizre Diclespor" oyunundan sonra olub. Ev sahibi komandanın futbolçuları əvvəlcə görüşün hakimi Zinar Ermişi və köməkçiləri Veysel Samsak ilə Mustafa Ekini döyüblər. Onlar daha sonra "Cizre Diclespor"un futbolçularına hücum ediblər.
Hadisə nəticəsində Veysel Samsakın burnu sınıb. Hadisəyə polislər müdaxilə ediblər. Xəstəxanaya yerləşdirilən Veysel Samsak "Kumçatıspor"un futbolçularından polisə şikayət edib.
Həmçinin "Kumçatıspor"un fanatları "Cizre Diclespor"un avtobusuna da hücum ediblər. Nəticədə avtobusa zərər dəyib. Hadisə ilə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə Superliqasında mübarizə aparan “Ankaragücü”nün prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Daha sonra F.Koca həbs olunub. Həmçinin o, Türkiyə Futbol Federasiyası tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Ankaragücü" isə 2 milyon türk lirəsi məbləğində cərimələnib. Bundan başqa, komandanın növbəti 5 ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcək.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu