Vüsal İsgəndərli Albaniyada rəmzi heyətə düşdü

Vüsal İsgəndərli Albaniyada rəmzi heyətə düşdü
XƏBƏR 20 Dekabr 2023 / 15:25 2274
-  A +

Albaniya çempionatında 17-ci turun rəmzi komandası müəyyənləşib.

QOL.az xəbər verir ki, "Panorama" nəşrinin versiyasına əsasən "Eqnatiya"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli də rəmzi 11-liyə düşüb.

Qeyd edək ki, Vüsal 17-ci turun "Dinamo" ilə oyununda (2:1) komandasının qələbə qolunun müəllifi olub. O, bu mövsüm Albaniya çempionatında 6 qol vurub, 2 qol ötürməsi edib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner