"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola FIFA-nın klublararası dünya çempionatının yeni formatı haqqında danışıb.
QOL.az xəbər verir ki, klublararası dünya çempionatı yeni formatla ilk dəfə 2025-ci ildə ABŞ-da keçiriləcək. Yarışda 32 komanda mübarizə aparacaq. Onların arasında "Mançester Siti"də var. Buna baxmayaraq, Qvardiola bu çempionatı tənqid edib:
"Mən yeni yarışların əleyhinə deyiləm. Amma 3 gündən bir oyun keçirməyin mənası yoxdur. Mövsümöncəsi maliyyə problemlərinə görə Asiya və ABŞ-a getmək futbolçular üçün çox çətin olur. Mən nə edə bilərəm? Biz ABŞ-a yollanacağıq və dünya çempionatında mümkün olduğu qədər yaxşı oynayacağıq. Onlar yarış təşkil etməyə qərar veriblər. Yaxşı. Biz də buna uyğunlaşmalıyıq".
Qeyd edək ki, yeni formata əsasən, oyunçuların sağlamlıq problemlərini həll etmək üçün iştirakçılara matçlar arasında üç günlük istirahət müddəti veriləcək. 2021, 2022, 2023 və 2024 Çempionlar Liqasının qalibləri turnirdə iştirak etmək hüququ qazanacaqlar. Qalan yerləri UEFA əmsallarında ən yüksək yer tutan komandalar tutacaq. FİFA-nın fikrincə yeni format komandalar arasında rəqabəti artıracaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq