Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb.
Qol.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.
Q.Qurbanov ona mükafat təqdim olunan zaman deyib: "Son günlər yaxşı qələbələrimiz çox oldu. Bu il qarşımızda olan məqsəd üç turnirdə keyfiyyətli iştirak etmək idi. Avropa Liqasının qrup mərhələsini geridə qoyduq. İkinci yerlə tamamladıq və pley-off mərhələsinə çıxdıq. İşlər qaydasındadır. Çempionatda da liderik. Kubok oyunumuz da var. Bunlar bir yana, dəfələrlə demişəm ki, hər il belə dəyər veriləndə daha da həvəslənirəm, daha da məsuliyyətli oluram. İşim daha da qələzləşir. Hər bir insanın prinsipi var. İdmançıda prinsipin olması daha vacibdir ki, o adı qoruyub-saxalasın. Heç vaxt istəmərəm ki, özüm haqqımnda və ya hansısa idmançı haqda zəif fikir formalaşsın".
Mütəxəssis məsuliyyətinin daha da artdığını vurğulayıb: "Çox istəyərdim ki, uğurlarımız daha da çox və böyük olsun. Həmişə bu uğurları kiçik saymışam. Çünki biz əgər futboldan, Azərbaycan futbolundan danışırıqsa, mütləq Avropa ilə müqayisə etməliyik. Bu gün kiçik uğurumuz görün xalqımızı necə sevindirir. Hansı ki, komanda pley-off mərhələsinə çıxıb, nə qədər sevinc var. Əfsuslar olsun ki, bunu daha da çox edə bilmirik. Futbolumuzu daha da düzgün və yaxşı inkişaf etdirə bilmirik. Elə içi mən qarışıq. Avropada futbol çox sürətlə inkişaf edir. Sadəcə nəticəyə baxılmır. Başqa Avropa klublarının iş prinsipləri, strukturları və gələcək planları ilə çox maraqlanıram. Çox böyük işlər görülür. Amma biz bu uğura tamamdır desək, qarşıda bizi yaxşı heç nə gözləmir. Əgər biz bu sahədə çalışırıqsa, istəyərdim ki, cəm halında futbola daha çox diqqət ayrılsın və yaxşı futbolçularımız, məşqçilərimiz, funksionerlərimiz yetişsin. Əgər bu sahə bizə həvalə olunursa, çox məsuliyyətli olmalıyıq. Azərbaycan vətəndaşı olaraq vicdanla çalışmalıyıq. Sizlərin bu dəyəri görəndə, inanın ki, həm sevinirəm, həm daha məsuliyyətli, daha güclü oluram. Gələcək üçün daha güclü olmağı istəyirəm.
Bugünkü tədbir 13 rəqəmin üzərində quruldu. Bəli, bu rəqəmə bir az marağım var. Amma bu rəqəmi böyütmürəm, şişirtmirəm. Çox istəyərdim ki, gələcəkdə "Qarabağ" olaraq stabil qalaq, minimumu bu uğuru qoruyub-saxlayaq. Qarşıda pley-off matçı olacaq. Bu oyuna hazırlaşmalıyıq. Çox ciddi rəqib düşüb. Ən yaxşısı, doğrusunu etməyə çalışacağıq. Hər birinizə təşəkkür edirəm. Hansı uğuru əldə edəcəyimizə söz verməyi xoşlamıram. Amma sizlər və azarkeşlər üçün hər zaman məsuliyyətlə çalışırıq. Ancaq uğursuzluq olsa, bilin ki, tənbəllik olmayıb. Sizləri çox sevirəm, uğurlar arzulayıram".
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə keçirilir.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu