"Dinamo" derbi matçında xal itirdi

"Dinamo" derbi matçında xal itirdi
XƏBƏR 17 Dekabr 2023 / 23:10 2951
-  A +

Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelini çıxış etdiyi "Dinamo" doğma meydanda "Hayduk"u qəbul edib. Oyunda qapılara qol vurulmayıb.

Dizində zədə olan Mahir derbidə iştirak etməyib.

Bu nəticədən sonra "Hayduk" 41 xalla 1-ci, "Dinamo" 34 xalla 3-cü pillədə qərarlaşıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner