"Oyun hər iki komanda üçün gərgin keçdi. Bu da gözlənilən idi. Çünki pley-off mərhələsinə vəsiqə qazanmaq şansını saxlamaq üçün komandalara mütləq qələbə lazım idi. Heyətlə bağlı da problemlər oldu. Baş məşqçimiz seçim zamanı daha çox yerli çempionatda çıxış edən futzalçılara üstünlük verdi. Hətta ilk dəfə milliyə dəvət alan, eləcə də uzun fasilədən sonra kollektivə qoşulan futzalçılar da oldu".
QOL.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya ilə 5:5 hesablı heç-heçə etdikləri oyun barədə Azərbaycan Futzal Federasiyasına danışarkən deyib.
"Komanda olaraq pis oynamadıq. Rəqibimiz Avropada 5-in 4-ə oynayan ən yaxşı yığmalardan biridir. Düzdür, Niderland və Qazaxıstanla oyunlarda bu üstünlükləri sayəsində qollar vurmuşdular. Biz isə onları belə vəziyyətdə 2 dəfə cəzalandırdıq, amma meydanda oyunçu sayında üstünlük qazandıqları zaman onlar daha çox – 3 qol vurdular.
Üzücü məqam rəqibin meydanda azlıqda qaldığı zaman cərimə etməyimiz və onlara 10 metrlik zərbə vurmaq hüququ qazandırmağımız oldu. Halbuki, say üstünlüyü bizdə olan zaman qol buraxmamalı idik. Bu da futzalçımızın təcrübəsizliyindən irəli gəlirdi. Amma gələcək üçün yığmaya yeni isimlər qazanmış olduq. 3-4 gün ərzində yığılan komandanın belə oyun göstərməsi ümidləndirməyə bilməz" - deyə o bildirib.
R.Hüseynli dekabrın 20-də səfərdə Niderlanda qarşı keçirəcəkləri oyun öncəsi vurğulayıb: "Şanslarımız az da olsa, davam edir. Bunun üçün əvvəlcə Niderlandı yenməli, Rumıniyanın büdrəməsini və D qrupunda hadisələrin biz istəyən kimi cərəyan etməsini gözləməliyik”.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu