"Barselona"nı məhv etmək istəyirlər"

"Barselona"nı məhv etmək istəyirlər"
XƏBƏR 14 Dekabr 2023 / 09:46 4359
-  A +

"Barselona"nın futbolçusu Ferran Torres Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Antverpen"ə məğlubiyyətdən (2:3) sonra komandanın baş məşqçisi Xavini dəstəkləyib.

QOL.az sport.es-ə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Kataloniya təmsilçisinə qarşı təzyiq göstərildiyini deyib:

“Biz məşqçini və onun ideyasını sona qədər dəstəkləyirik. Məşqçini tənqid etmək asandır, amma meydanda olanlar futbolçulardır. "Barselona"ya təzyiq göstərirlər. Biz "Barselona"nın hansı klub olduğunu bilirik. Bizi məhv etməyə, əsəbiləşdirməyə çalışırlar. Amma bundan sonra vəziyyəti dəyişəcəyik. Həmişə çoxlu xarici səs-küylər olur, lakin biz bununla yaşamalıyıq”.

Qeyd edək ki, “Barselona” ÇL-də 12 xalla qrup mərhələsini lider kimi başa vurub . Komanda mübarizəni 1/8 finalda davam etdirəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner